Bakı. Trend:
Avqust və sentyabr ayında yeni bir manatlar dövriyyəyə buraxılacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
“Bir manatlıq əskinazlar dövriyyədə köhnə olduğundan avqust və sentyabr ayında yeniləri buraxılacaq”, - deyə AMB sədri vurğulayıb.