...

Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışıb

İqtisadiyyat Materials 23 İyun 2023 12:47 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir.

“Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün sabit məzənnə rejiminə tələb var”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti