Bakı. Trend:
Azərbaycanda maliyyə amnistiyası tətbiq edilə bilər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib ki, hazırda hökumət tərəfindən maliyyə amnistiyası üçün kifayət qədər geniş araşdırmalar aparılr.
Onun sözlərinə görə, bu gün Azərbaycanda nağd pul kütləsi 14 milyard manatdır.
“Yəni 14 milyard manat nağd şəkildə ölkədə manat var. Bu isə bizim tərəfdaş, qonşu ölkələrimizlə müqayisədə kifayət qədər yüksəkdir. Sözsüz ki, maliyyə sektoru və AMB olaraq amnistiyaya müsbət baxırıq”, - deyə o əlavə edib.