Bakı. Trend:
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiymətində bahalaşma qeydə alınıb.
Trend xəbər verir ki, avqustda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.07% artaraq, 2.64 dollar təşkil edib. Bu da son zamanların ən yüksək qiymətidir.