Bakı. Trend:
Neftin dünya üzrə qiymətləri cümə günü əhəmiyyətli artımdan sonra təxminən 0,5% ucuzlaşıb.
Trend-in əldə etdiyi məlumata görə, Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,59% ucuzlaşaraq bir barel üçün 78,01 dollara, WTI markalı neftin avqust fyuçersləri isə 0,65% azalaraq 73,38 dollara düşüb.
Cümə günü Brent markalı neftin qiyməti 2,55%, WTI isə 2,87% bahalaşıb. Bazarlar bu növ xammalın çıxarılması perspektivlərini qiymətləndirdi. Səudiyyə Ərəbistanı keçən həftə könüllü olaraq hasilatın sutkada 1 milyon barrel azaldılmasını avqust ayına qədər uzadacağını açıqlamışdı. Bundan əlavə, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya avqust ayında neft ixracını gündəlik 500 min barel azaldacaq.