...

Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 290 min manat ödəniş edildi

İqtisadiyyat Materials 24 İyul 2023 12:11 (UTC +04:00)
Naxçıvanda "ƏDV geri al” layihəsi çərçivəsində 290 min manat ödəniş edildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Naxçıvan MR-da “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 290,1 min manat, bu ilin iyun ayında isə 66,9 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Yanvar ayı ilə müqayisədə iyun ayında qaytarılan məbləğ üzrə 3,2 dəfə artım olub.

Bu il iyulun 1-nə muxtar respublikada “ƏDV geri al” layihəsinin tətbiqini həyata keçirən obyektlərin sayı 87-yə çatıb.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti