...

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 19 Avqust 2023 05:52 (UTC +04:00)
Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6 faiz, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773,3 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,1 faiz), Türkiyəyə (28,9 faiz), Gürcüstana (10,2 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,6 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Özbəkistana (1,3 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Çinə (1,1 faiz), Belçikaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti