...

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

İqtisadiyyat Materials 21 Avqust 2023 11:38 (UTC +04:00)
Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 655,3 milyon manat xalis mənfəət əldə edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur.

7 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 714,3 milyon manat (1 il əvvələ nisbətən 27,35 % çox), əməliyyat xərcləri 1 milyard 749,3 milyon manat (28,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 146,7 milyon manat (9,45 % az), gözlənilməz gəlirləri 0,4 milyon manat (1 il bundan əvvəl xərclər olub), mənfəət vergisi ödəmələri isə 163,4 milyon manat (43,2 % çox) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti