...

Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 22 Avqust 2023 11:06 (UTC +04:00)
Dərman zavodlarının açılması ölkəmizin dünya bazarından asılılığını azaldacaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə gün əvvəl Pirallahı rayonunda yeni dərman zavodu istifadəyə verildi.

Ötən il səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkədə yerli dərman istehsalı ilə bağlı iri layihələrin həyata keçirilməsi planlaşdırılır. O qeyd etmişdi ki, bu istiqamətdə artıq müəyyən işlər aparılır.

Bəs Pirallahı rayonunda yeni istifadəyə verilən dərman zavodu daxili bazarda qiymətlərin ucuzlaşmasına necə kömək edə bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında millət vəkili Rəşad Mahmudov bildirib ki, dərman istehsal edən zavodların ölkəmizdə açılması faydalı olacaq.

"Belə ki, yeni bir istehsalat sahəsinin ölkəmizdə fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına səbəb olur. Bununla yanaşı, həmin zavodlarda istehsal olunan dərman preparatları ölkəmizin dünya bazarından asılılığının azalmasına xidmət edir. Bu da öz növbəsində qiymət və keyfiyyət məsələlərində öz nəzarətimizdə olan sistemin qurulmasına şərait yaradır.

Dərman istehsalı dünyada həm innovativliyi, həm də nanotexnologiyaların istifadəsi ilə birlikdə inkişaf tendensiyası keçən bir sahədir. Belə istehsalat sahələrinin fəaliyyətə başlaması bu sahə üzrə ekspertlərin ölkəmizdə inkişafına da müsbət təsir göstərəcək. Digər tərəfdən, xaricdən ölkəmizə gətirilən dərmanlara görə ödənilən valyutanın ölkə xaricinə çıxmasını əngəlləyəcək.

Qeyd edək ki, zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə venadaxili dərman məhlulları istehsal olunacaq. Müəssisənin illik istehsal gücü 20 milyon litrdir. Ölkəmizin bu dərmanlara olan illik tələbatı təxminən 15 milyon litrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti