...

Dövlət Vergi Xidmətində struktur dəyişikliyi olub

İqtisadiyyat Materials 5 Sentyabr 2023 15:38 (UTC +04:00)
Dövlət Vergi Xidmətində struktur dəyişikliyi olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna dəyişiklik edilib.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni struktura görə, DVX-nin aparatına Vergi risklərinin idarə edilməsi baş idarəsi və Vergi ombudsmanı xidməti baş idarəsi əlavə edilib.

Həmçinin aparata daxil olan İqtisadi təhlil və uçota nəzarət baş idarəsi İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinə, Dövlət qeydiyyatı baş idarəsi Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə, Protokol bölməsi isə Protokol şöbəsinə çevrilib. Xidmətin strukturunda Maliyyə monitorinqi şöbəsi yaradılıb.

Bundan başqa, Xidmətin strukturuna 22 yerli qurum da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti