...

Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırıldı

İqtisadiyyat Materials 6 Sentyabr 2023 16:05 (UTC +04:00)
Azərbaycanda 14 sığorta vasitəçisinin lisenziyasının qüvvəsi dayandırıldı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 13 fiziki şəxsə və 1 hüquqi şəxsə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə Trend-ə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar sentyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi müvafiq hesabatın təqdim edilməməsinə görə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti