...

Gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq

İqtisadiyyat Materials 21 Sentyabr 2023 13:48 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4% az və 1,7% çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır.

Xatırladaq ki, builki proqnoz 1 milyard 790,3 milyon manatdır.

Xəbər lenti

Xəbər lenti