...

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

İqtisadiyyat Materials 17 Oktyabr 2023 04:56 (UTC +04:00)
Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Bakı. Trend:

2023-cü ilin yanvar-avqust aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 14,6 faiz, real ifadədə 10,6 faiz artaraq 2210,4 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,6 faiz), Türkiyəyə (26,5 faiz), Gürcüstana (9,9 faiz), İsveçrəyə (3,9 faiz), Qazaxıstana (3,3 faiz), Türkmənistana (2,5 faiz), Ukraynaya (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,8 faiz), Özbəkistana (1,3 faiz), Rumıniyaya (1,2 faiz), Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz), Latviyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti