...

Yerli kartofun qiyməti niyə bahadır?

İqtisadiyyat Materials 20 Noyabr 2023 18:08 (UTC +04:00)
Yerli kartofun qiyməti niyə bahadır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ölkəmizdə kartof məhsulu ötən illərdən bolluğuna görə fərqlənir. Lakin yerli kartofun qiyməti idxal olunandan nisbətən bahadır.

Bunu Trend-ə açıqlamasında satıcılar da təsdiqləyib. Onlar bildirilər ki, kartofun qiyməti hardan gətirildiyindən aslı olaraq dəyişir. Hazırda qiymətlər kiloqramına görə 60 qəpik - 1 manat 50 qəpik arasında dəyişir.

Bəs, yerli kartofun qiyməti niyə bahadır?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycan ildə bir milyon ton kartof istehsal edir.

"Bu da istehlakımızı ödəyir. Sadəcə ölkəmizdə hava şəraiti isti olduğu üçün məhsul tez yetişir. Rusiya və digər ölkələrə yazda kartof ixrac edirik. Payız fəslində isə bir hissəsini Rusiyadan, İrandan və Belarusiyadan idxal edirik. Ümumilikdə Azərbaycanın kartof təminatı yaxşıdır. Amma son illərdə mütəmadi olaraq əkin sahələrinin, həm də istehsalın aşağı düşməsi sual yaradır. Bu ilə gəldikdə isə bölgələrdə yaz vaxtı yağış və dolu yağmasını daha çox müşahidə etdik. Bu da yerli kartofun azalmasına səbəb ola bilər.
Əhali daha çox yerli kartof istehlak etdiyindən tələb yüksək olur. Həm də yerli məhsullar daha keyfiyyətli olur. Buna görə də idxal kartofundan daha baha olur. Lakin xaricdən gətirilən kartofun daşınma xərclərini nəzərə alsaq həmin məhsulun maya dəyəri ucuz ola bilməz", - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib

0
Reklamınızı SmartBee ilə effektiv edin.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti