...

Bu ölkədən gətirilən 41 tondan artıq kartof məhv ediləcək

İqtisadiyyat Materials 12 Dekabr 2023 16:51 (UTC +04:00)
Bu ölkədən gətirilən 41 tondan artıq kartof məhv ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb.

Bu barədə Trend-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

“Lars 77” MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti