Bakı. Trend:
İsveçrəinin "Stadler Rail Group" şirkəti bu ilin sonunadək Azərbaycana 4 yeni dizel qatarı tədarük edəcək.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma Departamentinin icraçı direktoru Azər Fərəcov jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu qatarlar 2019-cu ilin noyabr ayında "Azərbaycan Dəmir Yolları" QSC ilə "Stadler Rail Group" şirkəti arasında bağlanmış müqaviləyə əsasən tədarük olunacaq.
A.Fərəcov tədarük olunan qatarların maksimum 160 km/saat sürətinə çatmaq gücündə olduğunu, lakin təhlükəsizlik səbəblərindən tövsiyə olunan sürətin 140 km/saatdan çox olmadığını qeyd edib.
Onun sözlərinə görə, dizel qatarları öz mühərriklərinin istehsal etdiyi elektrik enerjisi ilə işləyir ki, bu da onların təmas şəbəkəsindən sərbəstliyini təmin edir və hətta şəbəkədə texniki problemlər olduqda belə qrafikə riayət etməsinə imkan verir.
Qeyd edək ki, Bakıya çatdırılacaq qatarlar 2024-cü ilin yazından etibarən, yol infrastrukturunda müvafiq sınaq prosedurlarından keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)