...

Qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar sistemdə görünəcək

İqtisadiyyat Materials 27 Dekabr 2023 16:57 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar Tikintilərin Dövlət Reyestrində əksini tapacaq.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”də əksini tapıb.

Fərmana əsasən, tikintilərin Dövlət Reyestri məlumatlarına aşağıdakılar aiddir:

- tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə üzərində qadağa və məhdudiyyətlər qoyulmuş torpaqlar barədə məlumatlar;

- məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri barədə məlumatlar.

Xəbər lenti

Xəbər lenti