...

Naxçıvana ötən il 315 mln. manat dotasiya ayrılıb

İqtisadiyyat Materials 22 Yanvar 2024 17:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 152,2 mln. manat proqnoza qarşı icra 185,7 mln. manat və ya 33,5 mln. manat və ya 22,0 faiz çox olub, xərcləri 504,3 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 103,3 mln. manat və ya 17,0 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2023-cü il dövlət büdcəsindən 315,0 mln. manat dotasiya ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti