...

SOCAR İstiqrazlarının 9-cu kupon ödənişi edildi

İqtisadiyyat Materials 1 Fevral 2024 14:30 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faizləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 9-cu faiz ödənişi 1 fevral 2024-cü il tarixində istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bakı Fond Birjasında yerləşdirildiyi 3 illik müddət ərzində ən çox investisiya edilən qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 9-cu kupon ödənişi nəticəsində sahiblərinə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 10 milyon 125 min ABŞ dollarına yüksəlib. (5 ilin yekununda toplam kupon gəliri 22,5 milyon ABŞ dolları təşkil edəcəkdir.)

Təkrar bazar əməliyyatları həcminin 40 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 700-ə yüksəlməsi və ən çox ticarət olunan korporativ maliyyə aləti statusunu davam etdirməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və Azərbaycanda qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı enməyib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 may 2024-cü il tarixində baş tutacaq.

Əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və socarcapital.az, socaristiqraz.az veb-saytlarına müraciət edə bilərsiniz.

Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1-5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçən investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və rəsmi veb-saytlardan əldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti