...

AÇG və Şahdəniz yataqları üzrə gəlirlər açıqlandı

İqtisadiyyat Materials 6 Fevral 2024 10:47 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə gəlirlər açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, bu ilin yanvar-fevral aylarında AÇG yatağından gələn gəlirlər 387,645 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) gələn gəlirlər isə 45,389 mln. ABŞ dolları t\şkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 15,748 mln. ABŞ dolları olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın nəhəng qaz-kondensat yatağı “Şahdəniz”də 26,2 milyard kubmetr qaz hasil edilib.

2024-cü il yanvarın 1-nə sənayenin inkişafı başlayandan bu günə qədər yataqda hasilat 209 milyard kubmetr təşkil edib ki, bunun da 148,1 milyard kubmetri ixrac edilib.

Şahdənizin təsdiq edilmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.

“Şahdəniz” layihəsində iştirak payı belədir: bp (operator) - 29,99 faiz, SGC (21,02 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz) və NICO (10 faiz).

Bakıdan 100 kilometr aralıda yerləşən AÇG Xəzər dənizinin Azərbaycan sektorunda ən böyük neft-qaz yataqları blokudur.

1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda blokun ehtiyatları 511 milyon ton qiymətləndirilirdi. Bu rəqəm sonradan 1,072 milyard tona qədər yenidən işlənib.

BP Exploration (Caspian Sea) Limited AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində podratçılar adından operatordur.

AÇG-də paylar: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) ), ONGCVidesh (2,31%).

2023-cü il dekabrın sonunda SOCAR Equinor-un Azəri-Çıraq-Günəşlidəki payını alıb. Əməliyyatlar bütün tənzimləyici tələblərə və müqavilə öhdəliklərinə əməl olunmaqla tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti