...

“PAŞA Bank” ABA tərəfindən beş nüfuzlu mükafata layiq görülüb

İqtisadiyyat Materials 5 Mart 2024 14:49 (UTC +04:00)
“PAŞA Bank” ABA tərəfindən beş nüfuzlu mükafata layiq görülüb

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Bankçılıq mükafatları" müsabiqəsinin bir neçə nominasiyasının qalibi seçilib.

Belə ki, ölkədə bank sektorunun bütün iştirakçıları arasında keçirilən müsabiqədə maliyyə institutlarının 2023-ci il üzrə fəaliyyət nəticələri qiymətləndirilib. Assosiasiyanın ekspertləri tərəfindən verilən qərara əsasən “PAŞA Bank” 5 istiqamət üzrə nüfuzlu mükafata layiq görülüb.

Belə ki, Bank, “Korporativ sosial məsuliyyət", “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, "Özünüməşğulluq Proqramında iştirak” nominasiyası üzrə və “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair marifləndirmə layihələri" istiqamətlərində qalib seçilib.

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də ABA tərəfindən “Korporativ sosial məsuliyyət”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması", “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” və bir sıra başqa nominasiyalarda qalib olaraq fərqləndirilib.

Xəbər lenti

Xəbər lenti