Bakı. Trend:
Azərbaycanda noutbukların istehsalı artıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-fevral aylarında 29,2 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 16,2 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə noutbukların istehsalı 3,0 dəfə, güc transformatorlarının istehsalı 2,3 dəfə, stolüstü kompüterlərin istehsalı isə 6,8 faiz artıb.