...

Sabah faiz dəhlizinin parametrlərinə dair qərar açıqlanacaq

İqtisadiyyat Materials 27 Mart 2024 10:31 (UTC +04:00)
Sabah  faiz dəhlizinin parametrlərinə dair qərar açıqlanacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah faiz dəhlizinin parametrlərinə dair növbəti qərar açıqlanacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 28 mart 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq.

Qeyd edək ki, Mərkəzi Bank yanvarın 31-də uçot dərəcəsini 7,75 faizədək endirib.

Faiz dəhlizinin yuxarı həddi 9 faizdən 8,75 faizə, aşağı həddi 6,5 faizdən 6,25 faizə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilmişdir. İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalmışdır. 2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşmışdır. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilmişdir. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil etmişdir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib", - deyə Mərkəzi Bankın məlumatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti