...

Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

İqtisadiyyat Materials 6 Aprel 2024 12:36 (UTC +04:00)
Naxçıvanda işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 % artaraq 1 milyon manatdan çox olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 28,9 % artıb və 7,3 milyon manatı keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti