...

Ötən il qeydiyyata alınan provayderlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 9 Aprel 2024 12:10 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il ərzində artıq 146 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb.

Trend xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ildəki fəaliyyətinə dair illik hesabatında qeyd olunub.

Hesabata əsasən, 31.12.2023-cü il tarixə uçota (qeydiyyata) alınan operator, provayder və host provayderlərin sayı 153-ə çatıb.

Qeyd olunanlarla yanaşı İKTA tərəfindən İSP-lərin və istehlakçıların müraciət və şikayətləri də araşdırılmış və müvafiq qaydada həll olunub.

Həmçinin Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi üzərindən İnternet xidmətinin göstərilməsini qeyd edən, lakin uçot üçün müraciət etməyən şirkətlər mütəmadi olaraq araşdırılmış və müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti