...

Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir - Zakir Nuriyev

İqtisadiyyat Materials 15 May 2024 10:38 (UTC +04:00)
Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir - Zakir Nuriyev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-də Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

“Qonşu dövlətlərlə ödəniş ekosistemlərinin inteqrasiyası dərinləşdirilməlidir. Türk dövlətləri arasında ödəniş sistemlərinin inteqrasiyanın gücləndirilməsi, bu əlaqələrin inkişaf etdirilməsi bu yolda başlanğıc ola bilərdi”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə mühüm addımlardan biri də ödəniş xidmətləri bazarında xərc məddələrinin optimallaşdırılması, beynəxalq ödəniş sistemləri tərəfindən tətbiq edilən tarif siyasətinin bazar iştirakçıları üçün optimallaşdırılmasıdır.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.

Xəbər lenti

Xəbər lenti