...

Kapital Bank müştəriləri ödəniş kartlarından daha çox istifadə edir - Zakir Xan-Məmmədov

İqtisadiyyat Materials 15 May 2024 12:02 (UTC +04:00)
Kapital Bank müştəriləri ödəniş kartlarından daha çox istifadə edir - Zakir Xan-Məmmədov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kapital Bank müştəriləri ödəniş kartlarından daha çox istifadə edir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit çərçivəsində “Rəqəmsal Azərbaycan: Ödəniş sənayesinin gələcəyi” panelində Kapital Bankın Birbank sahəsinin rəhbəri Zakir Xan-Məmmədov deyib.

“Son illərin müşahidələri göstərir ki, adambaşına düşən tranzaksiyaların sayı kəskin artıb. Daha öncə kart böyük alışverişdə yada düşürdüsə, indi insanlar daha çox kartlardan istifadə etməyə başlayıblar. 2022-ci ildə bir müştərinin payına 2-3 transfer düşürdüsə, hazırda bu say 12-13 transferə bərabərdir. Artıq insanlar kiçik pul axınını da banka həvalə edirlər”, - deyə o bildirib.

Onun sözlırinə görə, token əməliyyatları müştərilər üçün xoş innovasiya oldu.

“Bizim 30 faizə yaxın dövriyəmiz tokenlə keçir. Müştəridə müəyyən vərdiş formalaşır. Deyə bilərəm ki, ödənişlər gələcəkdə artacaq”, - deyə o bildirib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.

Xəbər lenti

Xəbər lenti