...

Azərbaycan xarici dövlət borcunu 10 milyard dollara çatdırmağı düşünür - Nazir

İqtisadiyyat Materials 23 May 2024 11:46 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici dövlət borcunu 10 milyard dollara çatdırmağı düşünür.

Trend-in məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir.

“Lakin belə aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib ki, ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub.

Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilək” , - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti