...

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Materials 21 İyun 2024 16:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya spektrometrik üsullar” yeni dövlət standartlarını qəbul edib.

Trend Dövlət Xidmətinə istinadən xəbər verir ki, standartları Ekologiya və Təbii Sərvətlər Nazirliyi beynəlxalq standartlar əsasında işləyib-hazırlayıb,

“Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK-09) müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND onları təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edib.

Xəbər lenti

Xəbər lenti