...

ABŞ iqlim maliyyəsini artırmaq yolundadır - Baydenin müşaviri

İqtisadiyyat Materials 11 Oktyabr 2024 19:00 (UTC +04:00)
ABŞ iqlim maliyyəsini artırmaq yolundadır - Baydenin müşaviri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ iqlim maliyyəsini artırmaq yolundadır.

Trend xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta deyib.

“Son dörd ilin tarixinə nəzər salsanız, 2021-ci ildə BMT Baş Assambleyasında prezident maliyyələşdirməmizi 1,5 milyard dollardan 11 milyard dollara çatdıracağımıza dair söz vermişdi. Bu, bizim indiyə qədər ayırdığımız ən yüksək məbləğin dörd qatı idi və bu, Obama administrasiyası dövründə olmuşdu. Əslində, Tramp administrasiyası dövründə bu bir qədər azalıb. İndi isə biz bunu 2024-cü ildə artırmaq yolundayıq", - deyə o bildirib.

Podesta qeyd edib ki, həm prezident Bayden, həm də vitse-prezident Harris ölkələrə öz planlarını, milli səviyyədə müəyyən edilən öhdəliklərini irəli sürmələrinə və bərpa olunan enerji və digər enerji mənbələrindən istifadə etməklə enerji sistemlərini aşağı karbonlu və ya karbonsuz olmaq üçün inkişaf etdirmələrinə kömək etmək ehtiyacını qəbul ediblər.

Xəbər lenti

Xəbər lenti