Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 milyon 470 min ABŞ dolları dəyərində 48 min 234 ton kartof ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 milyon 545 min ABŞ dolları (34%), həcm baxımından isə 22 min 837 ton (32,13%) azdır.
10 ayda kartof ixracı ölkənin ümumi ixracının 0,09%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 31 milyon 15 min ABŞ dolları dəyərində 71 min 71 ton kartof ixrac edib.
Ötən ilin 10 ayında kartof ixracı ölkənin ümumi ixracının 0,11%-ni təşkil edib.