...

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46 milyon manatı ötüb

İqtisadiyyat Materials 9 Dekabr 2024 11:29 (UTC +04:00)
Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46 milyon manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondunun kredit portfeli 46,3 milyon manat təşkil edib.

Bu barədə Trend Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 1 dekabr 2024-cü il tarixinə ehtiyatların qalıq məbləği ilin əvvəli ilə müqayisədə, 3 dəfə artaraq, 20,1 milyon manata çatıb.

Hesabat dövründə verilən güzəştli kreditlərin 16,6 milyon manatı geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 3 dəfə üstələyir.

Bununla yanaşı, problemli kreditlərin geri qaytarılması üzrə 10,5 milyon manat vəsait toplanıb ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarına nisbətdə 14 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti