Bakı. Trend:
Azərbaycanda 3 şəhər və 11 rayon tam təsərrüfat hesablı topdansatış müəssisəsi ləğv edilidiklərini elan ediblər.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Belə ki, Sumqayıt, Mingəçevir və Gəncə şəhər tam təsərrüfat hesablı topdansatış müəssisələri, eləcə də Nizami, Göyçay, Kürdəmir, Balakən, Ucar, Suraxanı, Abşeron, Yevlax, Lənkəran, Şamaxı, Sabirabad rayon tam təsərrüfat hesablı topdansatış müəssisələri ləğv olunurlar.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 62 küçəsi, Marine Plaza Biznes Mərkəzi 14-cü mərtəbə ünvanına bildirə bilərlər.