Bakı. Trend:
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 628 milyon ABŞ dolları dəyərində 610 min ton meyvvə və tərəvəz ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 13,2 milyon ABŞ dolları (2%), həcmi isə 31,7 min ton (4,9%) azalıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı cəmi 2,58%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20,32%-ə bərabər olub.
Həmçinin, ötən ilin ilk 11 ayında Azərbaycana ümumi dəyəri 246,5 milyon ABŞ dolları olan 325,8 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ilin eyni dövrünə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 45,6 milyon ABŞ dolları (22,7%), həcmi isə 13,2 min ton (4,2%) artıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,31% təşkil edib.
Ötən ilin yanvar-noyabr aylarında ölkənin meyvə və tərəvəz ixracı idxalı dəyər ifadəsində 2,5 dəfə, həcm ifadəsində isə 1,9 dəfədən çox üstələyib.