...

Hava ilə əlaqədar bp iş rejimini dəyişib?

İqtisadiyyat Materials 8 Fevral 2025 11:01 (UTC +04:00)
Hava ilə əlaqədar bp iş rejimini dəyişib?
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda bp dənizdə və quruda neft və qaz layihələri çərçivəsində həyata keçirilən əməliyyatlarını normal rejimdə davam etdirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "bp Azerbaijan"dan bildiriblər.

"Bizim dəniz platformalarımız və digər obyektlərimiz layihələndirilərkən bütün hava şəraitləri nəzərə alınaraq ən yüksək texniki təhlükəsizlik standartlarına uyğun inşa olunur.

Bundan əlavə, bp və tərəfdaşlarının hər bir hava şəraiti üçün işlənmiş xüsusi əməyin təhlükəsizliyi prosedurları və qaydaları mövcuddur. Biz hava haqqında əvvəlcədən aldığımız məlumatlara uyğun olaraq hər hava şəraitində hansı texniki təhlükəsizlik qaydaları tələb olunarsa, onları müvafiq olaraq işə salırıq və bütün dəniz və qurudakı obyektlərimizdə onlara ciddi riayət olunur.

Məsələn, çox küləkli və digər qeyri-münasib hava şəraitində platformalarda və digər obyektlərimizdə açıq havada və hündürlükdə aparılan işlərə məhdudiyyətlər qoyulur və iş planlarına müvafiq dəyişikliklər edilir və s." - şirkətdən bildiriblər.

Xəbər lenti

Xəbər lenti