...

Şirkətlərdə düzgün qiymətləndirmə, mükafatlandırma və cəzalandırma sistemləri tətbiq edilməlidir - "PAŞA Holding" MMC

İqtisadiyyat Materials 11 Fevral 2025 14:26 (UTC +04:00)
Şirkətlərdə düzgün qiymətləndirmə, mükafatlandırma və cəzalandırma sistemləri tətbiq edilməlidir - "PAŞA Holding" MMC
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şirkətlərdə düzgün qiymətləndirmə, mükafatlandırma və cəzalandırma sistemləri qurulmalı və tətbiq edilməlidir.

Trend xəbər verir ki, bunu "PAŞA Holding" MMC-nin baş icraçı direktoru Cəlal Qasımov bu gün Bakıda Keçirilən İnsan İnkişafı Forumunda deyib.

O bildirib ki, biznes olaraq əsas rol ondan ibarət olmalıdır ki, insanlar bilik və bacarığa əsaslanaraq işə götürülsünlər:

"Bu, sadə səslənir, amma reallıqda, praktikada, təəssüf ki, o qədər də özünü göstərmir. Bunun subyektiv və obyektiv səbəbləri vardır. Eyni zamanda şirkətlərdə düzgün qiymətləndirmə, mükafatlandırma və cəzalandırma sistemləri qurulmalı və tətbiq edilməlidir. Bir çox şirkət və bizneslərdə insanların işini nəticəyə görə dəyərləndirirlər. Fikrimcə, Azərbaycanda biznes cəmiyyəti birinci növbədə niyyətə görə dəyərləndirməlidir. Hər bir insan səhv edə bilər, nəticə yaxşı olmaya bilər. Amma niyyət nədir - birinci bunu başa düşmək lazımdır. Bunu bizneslər qəbul və tətbiq edirmi? Bu, özü böyük bir sualdır".

"Niyyətin yaxşı olmasına baxmayaraq, nəticə arzuolunan deyilsə, səbəbkar işdən azad edilməlidir. Amma hər hansı bir səhvə görə dərhal cəzalandırmaq heç də yaxşı bir şey deyil. Biznes cəmiyyətləri birinci növbədə insanların niyyətlərini başa düşməli və onu dəyərləndirməlidirlər.

Ən vacib məqamlardan biri daxili dürüstlük prinsiplərinə sahib idarəetmə sistemlərinin qurulmasıdır. Hər bir sistem özü elə qurulmalıdır ki, o, insanların, ilk növbədə gənclərin hər hansı səhv etmələrini çətinləşdirməlidir. Sistem onları düzgün addımlar atmağa, düzgün qərarlar qəbul etməyə vadar etməlidir", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti