...

Ötən ay Şahdəniz yatağından hasil edilən neft və qazın həcmi azalıb

İqtisadiyyat Materials 13 Fevral 2025 16:22 (UTC +04:00)
Ötən ay Şahdəniz yatağından hasil edilən neft və qazın həcmi azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Şahdəniz yatağından 300 min ton neft (kondensatla birlikdə) hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 min ton və ya 25% azdır. Belə ki, 2024-cü ilin yanvar ayında Şahdəniz yatağından 400 min ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu ilin yanvar ayında Şahdəniz yatağından 2 milyard kubmetr təbii qaz hasil edilib. Bu da, illik müqayisədə 400 milyon kubmetr, yaxud da 16,7% azdır. 2024-cü ilin yanvarında Şahdəniz yatağından 2,4 milyard kubmetr təbii qaz hasil edilib.

Qeyd edək ki, ötən ay xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib. Bundan 1 milyard kubmetr Avropaya, 0,7 milyard kubmetr Türkiyəyə, 0,3 milyard kubmetr Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetr qaz nəql olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti