Bakı. Trend:
Ötən ay Azərbaycanda magistral qaz kəmərləri ilə 3 milyard 562,6 milyon kubmetr qaz nəql edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, magistral qaz kəmərləri ilə qaz nəqli əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% azalıb. Qaz nəqlinin 46,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə 1 milyard 651,5 milyon kubmetr qaz ötürülüb.
Qeyd edək ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 milyard 348,3 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilə nisbətən 2,7 faiz artım müşahidə olunub.
Qazın nəqlinin 56,6 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 22 milyard 851,9 milyon kubmetr qaz ötürülüb.