...

Son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi 82% artıb - DVX rəsmisi

İqtisadiyyat Materials 1 Mart 2025 11:29 (UTC +04:00)
Son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi 82% artıb - DVX rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son 6 ildə qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsi 82% artıb.

Trend xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

"Ötən illər ərzində Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatda şəffaflığın təmin edilməsi üçün bir sıra mühüm addımlar atıb. İqtisadiyyatın məhz qeyri-neft sektorunun inkişafı və şəffalaşması istiqamətində aparılmış islahatlar müsbət nəticə verib", - N.İmanov qeyd edib.

O bildirib ki, şəffalaşma sahəsində əsas indikator kimi son 6 ildə aparılan islahatların nəticəsi olaraq qeyri-neft sektorunun özəl bölməsindəki məşğulluq səviyyəsinin artmasını göstərmək olar:

"Son 6 ildə əmək müqavilələrinin sayında 82% artım olub. Bu dövr ərzində özəl sektorda əməkhaqqı fondu 2,7 dəfə artıb. Bu islahatların həyata keçirilməsində əsas məqsəd həm şəffalaşmanı təmin etmək, qeyri-leqal əmək münasibətlərini leqal müstəviyə daşımaq, yeni iş yerlərinin yaradılması, eyni zamanda dövlət büdcəsindən transportların həcminin azaldılması idi".

"Məhz bu müddət ərzində transportların həcmi 18% bənd aşağı düşüb. Aktiv vergi ödəyicilərinin sayı artımı da xüsusi əhəmiyyətlidir. Ümumilikdə, 2019-cu illə müqayisədə 1,9 dəfə artıb, ƏDV ödəyicilərinin sayı isə 3 dəfəyə yaxın artıb", - deyə N.İmanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti