...

Peyk vasitəsilə itkilərin aşkarlanması üzərində işlər aparırıq - “Azəriqaz”

İqtisadiyyat Materials 3 Mart 2025 16:14 (UTC +04:00)
Peyk vasitəsilə itkilərin aşkarlanması üzərində işlər aparırıq - “Azəriqaz”
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq.

Trend xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Azər Məmmədov bildirib ki, İB-nin səmərəliliyini artırmaq və bu sahədə yeni strategiyalar qurmaq da prioritetlər sırasındadır.

“Orta müddətli strategiyanın əsas komponentlərindən biri enerji səmərəliliyi ilə bağlıdır. Şəbəkəmizin 65 il əvvəl qurulduğunu nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq. Ayrıca, rəqəmsallaşma və məlumatların düzgün idarə edilməsi istiqamətində ciddi addımlar atılacaq”, - deyə baş direktor fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti