...

Su obyektlərindən götürülən suyun 30%-i itkiyə gedir

İqtisadiyyat Materials 5 Mart 2025 12:24 (UTC +04:00)
Su obyektlərindən götürülən suyun 30%-i itkiyə gedir
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Hal-hazırda su obyektlərində götürülən 12-13 milyard kub metr suyun 30%-ə qədəri nəql zamanı itkiyə gedir və istfadə olunan suyun miqdarının 80%-ə yaxın hissəsi suvarma üçün nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, bu da mövcud iqlim şəraitində nəzərdə tutulan suvarma norması ilə müqayisədə yüksəkdir:

"Bunun isə əsas səbəbi kimi əkinçilikdə müasir suvarma praktikasının lazımi səviyyədə tətbiq edilməməsi ilə bağlı olan əlavə itkilərin olması və o cümlədən əkinçilikdə tələb olunan qayda və prinsiplərə tam əməl olunmamasını göstərmək olar".

"Eyni zamanda suvarma məqsədilə suyu mənbələrdən götürərkən israfçılığa yol verilməsi torpağın sıradan çıxmasına, o cümlədən yer səthinə yaxın olan yüksək minerallığa malik qrunt sularının səviyyəsinin daha da yüksəlməsi nəticəsində torpağın şoranlaşmasına, məhsuldarlığının azalmasına və ya da əkin dövriyyəsindən çıxmasına səbəb olur. Su mənbəyindən həddən artıq çox suyun götürülməsi eyni zamanda çayların ekoloji axımının təmin olunmaması nəticəsində onun ekosisteminin deqradasiyasına və bəzən çayların qurumasına səbəb olur", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti