...

Azərbaycan və Sinqapur arasında vergi inzibatçılığına dair qabaqcıl təcrübələr nəzərdən keçirilib

İqtisadiyyat Materials 7 Mart 2025 15:21 (UTC +04:00)
Azərbaycan və Sinqapur arasında vergi inzibatçılığına dair qabaqcıl təcrübələr nəzərdən keçirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib.

Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilib.

IOTA prezidenti Orxan Nəzərli Fuk Çuen Ounu təşkilatın Bakıda keçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti