...

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 200 milyon manatdan çox artıb

İqtisadiyyat Materials 12 Mart 2025 10:57 (UTC +04:00)
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 200 milyon manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard 122,9 milyon manatdan çox vergi daxil olub.

Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 114,1 milyon manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 204,7 milyon manata yaxın və ya 10,7 faiz artıb.

Ödənilən vergilərin 67,7 faizi qeyri-neft-qaz sektorunun, 32,3 faizi isə neft-qaz sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti