...

Azərbaycan MDB ölkələrindən idxalı 62%-dən çox artırıb

İqtisadiyyat Materials 18 Mart 2025 17:36 (UTC +04:00)
Azərbaycan MDB ölkələrindən idxalı 62%-dən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında MDB ölkələrindən Azərbaycana 1,1 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 427 milyon ABŞ dolları və ya 62,2% çoxdur. Ötən ilin eyni dövrünə MDB ölkələrindən Azərbaycana idxalın dəyəri 686 milyon ABŞ dolları təşkil edib.

Bəhs olunan dövrdə Azərbaycandan MDB ölkələrinə 231 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da, illik müqayisədə 8 milyon ABŞ dolları, yaxud da 3,6% çoxdur. 2024-cü ilin ilk iki ayında Azərbaycandan MDB ölkələrinə ixracın dəyəri 223 milyon ABŞ dolları olub.

Hesablamalardan məlum olur ki, Azərbaycanın MDB ölkələrindən idxalı ixracını 4,8 dəfə üstələyib.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycandan MDB ölkələrinə ixrac ümumi ixracın 4,86%-ni, MDB ölkələrindən Azərbaycana idxal isə ümumi idxalın 26,9%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti