Bakı. Trend:
“Czar İnternational" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təşkilati-hüquqi formasını dəyişir.
Trend-in əldə etdiyi məlumata görə, şirkət Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
Nizamnamə kapitalı 256 300 manat olan şirkət Azərbaycanda 2019-cu ildə dövlət qeydyyatına alınıb. MMC-nin təsisçisi isə Adhiraj Kumar adlı şəxsdir.
Məlumat üçün bildirək ki, sözügedən şirkətin hazırda dövlətə 20 693.53 manat vergi borcu var.
Qeyd edək ki, “Czar İnternational” 2014-cu ildə Sinqapurda yaradılmış və “Lingstar” şirkətinin Azərbaycan və Gürcüstan bazarlarında eksklüziv distributorudur. “Czar İnternational” nəqliyyat sektorunda və kənd təsərrüfatında eko-texnologiyaların tətbiqi ilə məşğul olan şirkətdir. Hazırda şirkət Sinqapur, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərir.