Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) daşınmaz əmlakı, nəqliyyat vasitələri və ehtiyat hissələri qiymətləndiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, AMB bununla bağlı müvafiq işlərə başlayıb.
Belə ki, hazırda tənzimləyici qurum qiymətləndirilmə xidmətini göstərəcək şirkət axtarışındadır.
AMB sözügedən işlərin 23 077 manata başa gələcəyini proqnozlaşdırıb.