Bakı. Trend:
Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, ötən gün Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 386 reys həyata keçirilib, 14 000-dən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son iki ilin rekord göstəricisidir.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 45%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Bayram günlərində paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur. Bunun üçün həvəsləndirici fürsətlər də mövcuddur. Belə ki, 20-31 mart tarixlərində “biletim.az” portalının saytı və mobil tətbiqindən alınan bilet 3% (ATB kartları) keşbek qazandırır.