Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 52,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 milyon ABŞ dolları və ya 23,3% çoxdur.
Hesabat dövründə Gürcüstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 10,92%-i həcmində olub. Bununla da Gürcüstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 148,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 21,2 milyon ABŞ dolları və ya 16,7% çoxdur.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 130,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,1 milyon ABŞ dolları və ya 13,1% çoxdur.
Bu ilin yanvar-fevral aylarından Gürcüstandan Azərbaycana 18,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 6,1 milyon ABŞ dolları və ya 50,5% artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.