...

Lüksemburq Azərbaycan iqtisadiyyatına yatırımlarını 2 dəfədən çox artırıb

İqtisadiyyat Materials 25 Mart 2025 10:48 (UTC +04:00)
Lüksemburq Azərbaycan iqtisadiyyatına yatırımlarını 2 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Lüksemburqun Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 26 milyon ABŞ dollarında çox olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar təqribən 14,5 milyon ABŞ dolları və ya 2,2 dəfə artırıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Lüksemburqdan yatırılan investisiyaların payı 0,4% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Lüksemburqdan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 11,6 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti