Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 11,7 min hektar ərazidə tərəvəz əkilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, tərəvəz əkilən sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 min hektar və ya 13,3% azalıb.
2024-cü ilin ilk iki ayında ölkədə tərəvəz əkilən sahələr 13,5 min hektar olub.
Bu ilin hesabat dövründə ölkədə 10 min hektar ərazidə kartof əkilib. Bu, illik müqayisədə 1,8 min hektar, yaxud da 15% azalma deməkdir.
Ötən ilin eyni dövründə Azərbaycanda kartof əkilən sahələr 11,8 min hektar idi.